Qucaqlaşmaq səhhəti qorumağa imkan yaradır: Araşdırmalar təsdiq edir

Əgər siz qucaqlaşmağı sevirsinizsə, sizə şad xəbərimiz var.

1.Qucaqlaşma stres səviyyəsini aşağı salır

2012-ci ildə Kaliforniya Universitetinin alimləri müəyyən ediblər ki, qucaqlaşma zamanı insanda kortizol və noradrenalin kimi stres hormonların səviyyəsini aşağı salan oksitosin adlı hormon ifraz olunur.

Məlum olub ki, qucaqlaşma zamanı stres səviyyəsi həm qucaqlayanda, həm də qucaqlananda eyni səviyyədə aşağı düşür.

2. Qucaqlaşma soyuqdəyməyə yoluxma riskini azaldır

Pitsburq və Virciniya Universitetlərinin 2015-ci ildə apardığı araşdırmalar nəticəsində məlum olub ki, tez-tez qucaqlaşmağı və bir-birini dəstəkləməyi sevən insanlarda soyuqdəymənin yaranması riski digərləri ilə müqayisədə aşağıdır.

3. Qucaqlaşma arterial təzyiqi və ürək döyüntülərini tezliyini tənzimləyir

2003-cü ildə Şimali Karolinadan olan alimlər 200 könüllünü iki qrupa bölüşdürərək üzərlərində tədqiqat aparıblar. Birinci qrupda insanlara stresli ictimai çıxışdan öncə yaxın bildikləri şəxslərlə qucaqlaşmağa, əl-ələ tutuşmağa imkan verilmişdi, ikinci qrupda isə bu qadağan idi.

Nəticədə, birinci qrupda çıxışdan öncə insanlarda arterial təzyiq və ürək nəbzi yerində idi.

4. Qucaqlaşma yaxşı əhval hormonlarının səviyyəsini artırır

Qeyd etidyimiz kimi, qucaqlaşma zaman qan çoxlu miqdarda oksitosin ifraz edir. O isə stres hormonlarının səviyyəsini aşağı salaraq, həm də depressiya ilə mübarizə aparan serotonin və dofamin kimi nigarançılıq hissini aradan qaldırır.

5. Qucaqlaşma ağrı səviyyəsini aşağı salır

2016-cı ildə Londonda yaşayan bir qrup alimin apardığı araşdırmalar onu göstərib ki, qucaqlaşma zamanı peyda olan oksitosinin insanın ağrı hissinə müsbət şəkildə təsir edir və subyektiv olaraq ağrının səviyyəsini aşağı salır.

0
125
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar