• Şikayət et

Pandemiyaya görə iqtisadi dəstək paketlərinin həcmi 16 trilyon dollara çatıb

Təmiz enerji xərcləri isə bu vəsaitin cəmi 2%-ni təşkil edir.

Ötən ildən bəri dünyanı öz cənginə alan koronavirus pandemiyasının vurduğu ziyanların aradan qaldırılması və iqtisadi bərpa üçün kifayət qədər iri həcmdə vəsaitlər ayrılıb.

Beynəlxalq Enerji Agentliyinin (IEA) yeni hesabatına hesabatına görə, qlobal miqyasda hökumətlərin qəbul etdiyi iqtisadi dəstək paketlərinin ümumi həcmi 16 trilyon dollar təşkil edib. Bu məbləğin 60%-i G20 ölkələrinin payına düşür.

Agentlik həmçinin qeyd edir ki, əksər ölkələr atmosferə buraxılan zərərli qaz həcmlərinin azaldılması barədə öhdəlik götürsə də, hazırda proses əks istiqamətdə baş verir. 2023-cü ilə qədər CO2 emissiyaları rekord həddə çatacaq və 2050-ci ilə qədər sıfır karbon hədəfində qoyulan səviyyədən 3,5 milyard ton çox olacaq. Hökumətlərin təmiz enerjiyə ayırdığı xərclər isə 380 milyard dollardır ki, bu da pandemiya ilə əlaqədar ümumi dəstək paketlərinin cəmi 2%-ni təşkil edir.

IEA ötən həftəki hesabatında elektrik enerjisinə qlobal tələbatın 2021-ci ildə 5%, 2022-ci ildə isə 4% artacağını, bu tələbatın 45%-ə qədərinin müxtəlif maye yanacaqların bazasında istehsal olunacağını bildirib.

Mənbə:
0
6935
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar