Braziliyada son sutkada on minlərlə insanda virus aşkarlandı

Son sutkada Braziliyada COVID-19-a 40 mindən çox yoluxma aşkarlanıb.

Bu barədə TASS yerli Səhiyyə Nazirliyinə istinadən məlumat yayıb.

Son məlumata görə, respublikada koronavirusa sutkalıq yoluxma 40 557 təşkil edib. Pandemiyanın başlanğıcından ölkədə təhlükəli infeksiyaya 4 238 446 sakin yoluxub.

Qeyd edilir ki, 129 552 pasiyent təhlükəli infeksiyanın qurbanı olub, onlardan 983-ü son sutkada vəfat edib. Eyni zamanda koronavirusa yoluxmuş 3 497 337 nəfər sağalıb.

Braziliya dünyada koronavirusa yoluxma hallarının sayına görə ikinci yerdədir. Ölkə virus daşıyıcılarının sayı üzrə yalnız ABŞ-dan geri qalır.

Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb.

Hazırda virus 218 ölkə və bölgədə qeydə alınıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) COVID-19-u pandemiya elan edib. /report

0
426
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar