"Audi" benzin mühərrikindən imtina edir

Şirkətin son bu cür modeli “Q8” tam ölçülü SUV-nin 2026-cı ildə təqdim olunacaq növbəti nəsil avtomobili olacaq.

Gent.az xəbər verir ki, beləcə mövcud benzin mühərrikli avtomobillər ömrünü başa vurduğunadək işlədiləcək və sonra elektrik avtomobil istehsalına başlanılacaq.

Belə ki, “A3”, “A4”, “A5”, “A6” sedanları, həmçinin “Q” seriyalı bütün SUV-lər planlı yenilənmə zamanı elektrikləşdiriləcək. Bu zaman keçid variantı kimi hibrid versiyası istehsalına başlamadan birbaşa elektromobil versiyası istehsalına keçiləcək.

Bundan əvvəl “Audi” və “FAW” şirkətləri, Çinin Çanqçun şəhərin administrasiyası arasında birgə elektromobil istehsalına başlamaq barədə saziş imzalandığı bildirilmişdi.(avtosfer.az)

0
117
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar