AZ

"Mən hər birinizi Putinə müqavimət göstərməyə çağırıram, o, quldurdur" - Bayden

"Mən sizi milli təhlükəsizlik haqqında qanun layihəsini imzalamaq üçün dərhal mənə göndərməyə çağırıram..."
 
"Belə ifadələr dövlət başçısına başucalığı gətirmir və Amerika çətin ki, bununla qürur duysun..."
 
ABŞ prezidenti Co Bayden Konqresə Ukraynaya hərbi yardımı təsdiq etməyə çağırış edib və təcavüzkar dövlətin prezidenti Vladimir Putini tənqid edib.
 
Moderator.az xəbər verir ki, bu barədə o, Müqəddəs Patrik Günü münasibətilə keçirilən təntənəli şam yeməyində çıxışında bəyan edib. Məlumatı "eurointegration.com.ua" nəşri yayıb.
 
Bayden azadlığa dəstək verən Amerika və İrlandiya xalqları arasında paralellər aparıb, qeyd edib ki, məhz bunu "bizim Ukraynaya dəstəyimizdə və Putinin Ukraynaya qəddar hücumu fonunda görürük".
 
ABŞ prezidenti zalda olan İrlandiya baş naziri Leo Varadkara müraciət edib və ukraynalılara davamlı humanitar yardım üçün minnətdarlıq edib.
 
"Mən üzərimə gələcəkdə də öz tövhəmi vermək öhdəliyi götürürəm. Mən əminəm ki, Konqres üzvlərinin tam əksəriyyəti öz tövhəsini verməyə hazırdır və onun hər bir üzvünü Vladimir Putinə müqavimət göstərməyə çağırış etməkdə davam edir. O, quldurdur", - Bayden əlavə edib.
 
"Mən sizi milli təhlükəsizlik haqqında qabun layihəsini imzalamaq üçün dərhal mənı göndərməyə çağırış edirəm.
 
Bu qanun layihəsinə Ukrayna və İsrailin maliyyələşdirilməsi və bundan az əhəmiyyətli olmayan Qəzzaya humanitar yardım daxildir. Onların buna çox, amma çox ehtiyacı var", - prezident vurğulayıb.
 
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Baydenin bəyanatına mübasibət bildirib.
 
O, bəyan edib ki, "belə ifadələr dövlət başçısına başucalığı gətirmir. Amerika çətin ki, bununla qürur duya bilər".
 
ABŞ prezidenti ilk dəfə deyil ki, Putini "quldur" adlandırır.
 
Ötən ay ABŞ prezidenti Co Bayden ictimaiyyət qarşısında çıxış edərkən Rusiya prezidenti Vladimir Putini "ağılsız it oğlu" adlandırıb. Kreml onun bu sözlərinin "rüsvayçılıq" olduğunu bəyan edib.
 
İki il öncə elə həmin tədbirdə Bayden Rusiya liderini "təmiz quldur" adlandırıb. Son illər o dəfələrlə Rusiya prezidenti barəsində kəskin və təhqiramiz ifsdələr işlədib.
 
Kreml Baydenin bəyanatlarını tənqid edir və onların "tamamilə yolverilməz olduğunu" hesab edir.
 
Bundan öncə Baydenin öz ünvanına səsləndirdiyi bəyanatları şərh edərkən Putin bunları "adekvat reaksiya" adlandırıb. O,  deyib:
 
"Mən xatırlayıram ki, biz uşaq vaxtı həyətdə bir-birimizlə mübahisə edəndə belə deyərdik: "Kim necə söyüş işlədirsə, elə özünü göstərir".
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
129
40
moderator.az

10Mənbələr