AZ

Uşağı çantaya qoyub atdı

Özbəkistanda doğum evlərinin birində  çantaya bükülmüş uşaq tapılıb.

 

Oxu24.com  xəbər  verir   ki,  bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

 

Hadisə Fərqanə şəhərində baş verib.

 

İlkin məlumata görə, 19 yaşlı hamilə qız doğum şöbəsinə gedib.

 

Məlum olub ki, yerli sakin vaxtından əvvəl doğuş təhlükəsi ilə üzləşib.

 

Uşaq  vaxtından  əvvəl  dünyaya gəlib, lakin həmin gün körpənin vəziyyəti pisləşib və həkimlər uşağa kömək edə bilməyiblər.

 

Buna səbəb uşağın vaxtından əvvəl, yeddinci ayda doğulması olub.

Daha sonra sosial şəbəkələrdə yeni doğulan körpənin çantaya qoyularaq doğum şöbəsinə atılması   ilə bağlı video yayılıb.

 

Aktualno.uz xəbər verir ki, bunu onun anası edib.

 

“Hazırda Səhiyyə Nazirliyi vəziyyəti nəzarətə götürüb, mövcud vəziyyəti aydınlaşdırmaq üçün Fərqanə rayonuna müvafiq işçi qrupu göndərilib”, - deyə Səhiyyə Nazirliyindən bildiriblər.

 

Vəziyyətlə nazirlikdən başqa hüquq-mühafizə orqanları da maraqlanıb. Hazırda hadisənin bütün şəraiti aydınlaşdırılır.

 

Nigar

 

Seçilən
205
40
Mənbələr
Şərh ()
Bağla