Gəncədə 30 yaşlı kişi bıçaqlanıb.
"Unikal"ın məlumatına görə, hadisə şəhərin Yeni Gəncə yaşayış massivində yerləşən binaların birində qeydə alınıb.
1994-cu il təvəllüdlü Ariz Həsənov bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir. Məlumata görə, 30 yaşlı kişi qayını tərəfindən bıçaqlanıb. Ariz Həsənovun hərbçi olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.