AZ

Harris Trampı sorğularda 5 faiz qabaqlayır

Ən yüksək dövlət postu uğrunda mübarizə aparan ABŞ-ın vitse-prezidenti Kamala Harris Demokratlar Partiyasının qurultayı ərəfəsində keçirilən sorğularda respublikaçı rəqibi Donald Trampı 5 faiz qabaqlayır.
“Report” xəbər verir ki, bunu ABC televiziya şirkəti, “The Washington Post” qəzeti və “Ipsos” sosioloji xidmətinin birgə keçirdiyi sorğunun nəticələri sübut edir.
Araşdırmaya görə, ABŞ vətəndaşlarının 50 %-i Harrisi, 45 %-i isə Trampı dəstəkləyir. Noyabr ayında keçiriləcək səsvermədə iştirak etməyi planlaşdıran, artıq qeydiyyatdan keçmiş amerikalı seçicilər arasında keçirilən sorğunun nəticələri də bunu göstərir – Harris Trampı 4 faiz qabaqlayıb.
Sorğu avqustun 9-dan avqustun 13-dək aparılıb. Burada ölkə üzrə 2,3 mindən çox insan iştirak edib.
ABŞ-də prezident seçkiləri noyabrın 5-də keçiriləcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
105
50
turk.az

10Mənbələr