AZ

Kolapintonun meneceri Williams-la müqavilə danışıqları aparıb

F-1.az xəbər verir ki, Williams-ın gənc sürücülər akademiyasının üzvü Franko Kolapinto DSports-a müsahibəsində menecerinin əsas pilot yeri üçün komanda ilə müqavilə danışıqları apardığını bildirib.

Franko Kolapinto: “Ümid həmişə var və son ölən ümidlərdir, amma başqa imkanların da yaranacağına şübhə etmirəm.

Williams əla komandadır. Başa düşürdüm ki, əgər Karlos Williams-la müqavilə imzalayarsa, bu optimal variant olacaq, çünki Əlbon və Sayns əla pilot cütlüyüdür.

Aydındır ki, yeni pilotla müqavilə imzalamaq komandaya Ferrari-dən gələn Karlosla müqavilədən daha ucuz başa gələrdi, lakin daha riskli olardı. Mənim hələ öz şansım olacaq”.

Seçilən
52
f-1.az

1Mənbələr