AZ

ANAMA işğaldan azad olunmuş ərazilərdə işləmək istəyənlər üçün sənəd qəbulu elan edir

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad olunmuş ərazilərdə nəqliyyat üzrə mütəxəssis, avtoçilingər, vulkanizatorçu vəzifələrində işləmək istəyənlər üçün sənəd qəbulu elan edir.

ANAMA-dan Doğru.az-a verilən məlumata görə, namizədlərin müvafiq sahədə peşə təhsili olmalıdır.

Maraqlananlar əlaqə telefonu göstərməklə aşağıdakı sənədləri career@anama.gov.az ünvanına göndərməlidir.

∙ müvafiq vəzifəyə sənədlərin təqdim olunmasına dair ərizə;

∙ şəxsiyyət vəsiqəsinin surəti;

∙ təhsilə dair təsdiqedici sənədin surəti;

∙ əmək kitabçasının surəti (olduğu halda).

Sənəd qəbulu bu il sentyabrın 30-dək həyata keçiriləcək.

Seçim zamanı işğaldan azad olunmuş ərazilərdən məcburi köçkün olan şəxslərin namizədliyinə üstünlük veriləcək.

DOĞRU.AZ

Seçilən
56
7
dogru.az

8Mənbələr