AZ

Müsahibə mərhələsinin ikinci günündə 810 nəfər iştirak edib

Avqustun 15-də riyaziyyat, informatika, musiqi, rus dili, texnologiya, Azərbaycan dili və ədəbiyyat fənləri üzrə müsahibələr təşkil edilib.Təhsil İnstitutunun nəzdində İnsan Resursları Mərkəzindən AZƏRTAC-a bildirilib ki, müsahibələrə Naxçıvan Muxtar Respublikası üzrə 47 nəfər olmaqla, ümumilikdə 987 nəfər dəvət olunub. Onlardan 810 nəfər müsahibə mərhələsində iştirak edib.Xatırladaq ki, namizədlər şəxsi səhifəsində qeyd olunan tarixdə müsahibə mərhələsində iştirak etmədiyi halda bu, tutduğu vakant yerdən imtina kimi qeydə alınacaq və həmin namizədlərin müddətli müqavilə ilə işə qəbul turlarında iştirakı təmin olunmayacaq.

Seçilən
71
15
tehsilforumu.az

10Mənbələr