AZ

Korrupsiyaya qarşı qətiyyətli mübarizə

Korrupsiya tarix boyu cəmiyyətlərin üzləşdiyi problemlərdən olub və bu gün də bütün dünya ölkələrində aktual məsələlərdən biri kimi qalmaqdadır. Ümumi inkişafa və təhlükəsizliyə mənfi təsir göstərən korrupsiya qanunun aliliyinə və sosial ədalətə ciddi təhlükə yaradır, iqtisadi və sosial inkişafı ləngidir, əlverişli biznes mühitinin yaranmasına mane olur. Bütün bunlar nəzərə alınmaqla  korrupsiyaya,  rüşvətxorluğa və bu kimi digər neqativ hallara qarşı mübarizə ölkəmizdə aparılan islahatların mühüm bir qolu kimi müəyyənləşdirlib.
Respublikamızda müvafiq qurumların fəaliyyəti də Prezident İlham Əliyevin islahatlar kursunun tələblərinə, ölkəmizin hazırkı inkişaf mərhələsində qarşıya çıxan çağırışlara uyğun qurulub. Yeri gəlmişkən, ötən həftə Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının növbəti iclası keçirilib. İclasda Komissiyanın sədri Samir Nuriyev çıxış edərək Prezident İlham
Əliyevin korrupsiyaya qarşı mübarizə sahəsində müəyyən etdiyi hədəflərə çatmaq üçün qurumun üzərinə düşən əsas vəzifələri iclas iştirakçılarının diqqətinə çatdırıb.

Müvafiq qurumlar tərəfindən  mübarizə tədbirləri gücləndirilir

Vətən müharibəsində qazanılan şanlı Qələbə nəticəsində işğal altında olan ərazilərin azad edilməsi ilə ölkəmiz üçün yeni inkişaf mərhələsi açılıb. İndiki starteji mərhələdə çağırışlardan biri ondan ibarətdir ki, müasir dövlət kimi inkişaf edən Azərbaycanda koorrupsiya, rüşvətxorluq və bu kimi digər mənfi hallara yer olmamamlıdır. Buna görə də respublikamızda korrupsiyaya qarşı sistemli şəkildə qətiyyətli mübarizə aparılır. Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının bəhs olunan iclasında qurumun sədri Samir Nuriyev qeyd edib ki, 2024-cü ilin birinci yarımilliyində də dövlət idarəçiliyində səmərəliliyin artırılması, şəffaflığın gücləndirilməsi və korrupsiyaya qarşı mübarizə sahəsində davamlı tədbirlər həyata keçirilib. Vurğulandığı kimi, Prezident İlham Əliyev tərəfindən həyata keçirilən islahatlar kursu bütün sahələrdə şəffaf və ədalətli idarəçilik sisteminin gücləndirilməsini və vətəndaş məmnunluğunun təmin edilməsini başlıca vəzifələrdən biri kimi qarşıya qoyur. Bu siyasi iradəyə uyğun olaraq korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizə sahəsində yeni strateji baxışlar və vəzifələr müəyyən edilib, uğurlu iqtisadi, sosial və hüquqi siyasət nəticəsində Azərbaycanda şəffaf münasibətlər sistemi formalaşıb. Dövlət orqanlarında göstərilən xidmətlərin elektronlaşdırılması, eləcə də hüquq-mühafizə orqanları və məhkəmələr tərəfindən aparılan icraatların paralel olaraq elektron formada təşkili vətəndaşların dövlət qurumlarına əlçatanlıq səviyyəsinin artmasına, həmin qurumların şəffaflıq səviyyəsinin yüksəlməsinə səbəb olub. Eləcə də son illər ərzində hüquq-mühafizə orqanları tərəfindən korrupsiyaya qarşı mübarizə tədbirləri daha da gücləndirilib, təqsirkarların cinayət məsuliyyətinə cəlb edilməsi və vurulmuş ziyanın ödənilməsi çərçivəsində işlər davam etdirilir.
İclasda dövlətə məxsus torpaq sahələri ilə bağlı münasibətlərin tənzimlənməsi zamanı yol verilən korrupsiya hüquqpozmaları barədə məruzə dinlənilib, bu sahədə şəffaflığın artırılması və korrupsiyaya şərait yaradan halların aradan qaldırılması üçün verilən təkliflər müzakirə edilib. Eləcə də korrupsiyaya qarşı mübarizə sahəsində qanunvericiliyin təkmilləşdirilməsi istiqamətləri barədə məruzə dinlənilərək dövlət orqanlarının (qurumlarının) fəaliyyətində korrupsiya risklərinin müəyyən edilməsi, təhlili və qarşısının alınması, dövlət və bələdiyyə mülkiyyətində olmayan kommersiya və ya qeyri-kommersiya qurumlarında korrupsiyaya qarşı mübarizə çərçivəsində görülməli olan tədbirlərin qanunvericilikdə təsbit edilməsi barədə fikir mübadiləsi aparılıb, nəzəriyyə və beynəlxalq təcrübə nəzərdən keçirilib.

Korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlıq

Dünya təcrübənin nəzərə alınması və müvafiq beynəlxalq qurumlarla əməkdaşlıq hər bir ölkənin korrupsiyaya qarşı milli səviyyədə apardığı mübarizənin uğurlarını şərtləndirən çox mühüm amildir. Korrupsiyaya qarşı mübarizənin dövlətlərin qarşılıqlı əməkdaşlığı kontekstində aparılması məqsədilə qəbul edilmiş ən mühüm beynəlxalq hüquqi qüvvəyə malik aktlardan biri Birləşmiş Millətlər Təşkilatının Korrupsiya əleyhinə Konvensiyasıdır. Ölkəmiz də həmin konvensiyaya qoşulmaqla, korrupsiyaya qarşı mübarizə sahəsində qətiyyətini bir daha nümayiş etdirib. Eyni zamanda, respublikamız korrupsiya ilə mübarizə üzrə ixtisaslaşmış ayrı-ayrı beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edir.
Həmin təşkilatların hesabatlarında Azərbaycanın korrupsiyaya qarşı mübarizə üzrə ixtisaslaşmış qurumlarının fəaliyyəti, bu sahədə dövlətimizin ardıcıl şəkildə nümayiş etdirdiyi qətiyyətli siyasi iradəsi, həmçinin ölkəmizin “ASAN xidmət” təcrübəsi yüksək dəyərləndirlib. Heç təsadüfi deyildir ki, Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının bəhs olunan iclasında korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlıq məsələləri də müzakirə edilib. Bu əməkdaşlıq çərçivəsində korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış beynəlxalq təşkilatlar olan Korrupsiyaya qarşı Mübarizə Aparan Dövlətlər Qrupunun (GRECO), İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD), Çirkli Pulların Yuyulmasına və Terrorçuluğun Maliyyələşdirilməsinə qarşı Tədbirlərin Dəyərləndirilməsi üzrə Ekspertlər Komitəsinin (MONEYVAL) tövsiyələri ilə bağlı görülmüş işlər nəzərdən keçirilib. Bununla yanaşı, GRECO-nun 5-ci dəyərləndirmə raundu çərçivəsində verdiyi tövsiyələrin icrası ilə əlaqədar müvafiq qanun layihəsi Komissiya üzvlərinin müzakirəsinə çıxarılıb.

Mübariz FEYİZLİ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
28
39
yeniazerbaycan.com

10Mənbələr