AZ

Norveç Finlandiyaya qoşun göndərir

Norveç Müdafiə Qüvvələri Arktikada təlim keçmiş dağ qoşunlarını Laplandiyaya yerləşdirməyi planlaşdırır.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə "İltalehti" qəzeti mənbələrə istinadla məlumat yayıb.

Məlumata görə, yenidən yerləşdirməyə hazırlıq Finlandiya Prezidenti Aleksandr Stubb tərəfindən təsdiqlənib.

"Bölmələr hazırda Tromsoda yerləşir, lakin bu, Rusiya ilə sərhəddən çox uzaqdır. Buna görə də Norveç hərbçilərini Finlandiyanın Laplandiyasına, yəni mümkün təhlükəyə daha yaxın yerə köçürməyi nəzərdə tutur", - nəşr mənbələrdən birinə istinadla yazıb.

Yerləşdirmə ilə bağlı müzakirələrin oktyabrda Stubbun Norveçə səfəri zamanı aparılacağı gözlənilir.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
66
12
milli.az

10Mənbələr