AZ

Hindistan təcili olaraq Amerika pilotsuz təyyarələri alır

Hindistan hökuməti Hindistan Silahlı Qüvvələri üçün 31 ədəd yüksək hündürlükdə uçan MQ-9B pilotsuz uçuş aparatının (PUA) alınması ilə bağlı ABŞ administrasiyası ilə danışıqları sürətləndirib.

 

Oxu24.com xəbər verir  ki, bu barədə “The Times of India” qəzeti Müdafiə Nazirliyindəki mənbələrə istinadən məlumat yayıb.


“Bu ilin noyabr-dekabr aylarına qədər sazişin bağlanması məqsədi ilə danışıqlar sürətləndirilib. İndi Vaşinqtonla məsləhətləşmələr qabaqcıl mərhələdədir”, - nəşrin həmsöhbətləri bildirib.

Onların sözlərinə görə, Hindistan Pakistana Çinin Caihong-4 PUA-larının tədarükünün artması, habelə Şərqi Ladaxda sərhəddə Çinlə davam edən hərbi gərginlik səbəbindən təhlükəsizliyinə artan təhdid səbəbindən danışıqların tez yekunlaşdırılmasına çalışır.

Hindistan ABŞ-ın təklif etdiyi 3,99 milyard dollar məbləğində MQ-9B tədarükünün dəyərini azaltmağa çalışır.

Fevral ayında ABŞ Dövlət Departamenti MQ-9B Sky Guardian Aircraft pilotsuz təyyarələrinin və digər sistemlərin konsaltinq xidmətlərinin qiyməti istisna olmaqla, 3,99 milyard dollara Hindistana mümkün satışını təsdiqləyib. Qarşıdan gələn sövdələşmənin bir hissəsi olaraq Hindistan səlahiyyətliləri ABŞ-dan 31 MQ-9B Sky Guardian Aircraft pilotsuz uçan aparatı, 170 AGM-114R Hellfire raketi, 310 GBU-39B idarə olunan bomba, ehtiyat hissələri və müxtəlif sistemlərin alınmasına icazə istəyib.

 

Miri

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
103
33
oxu24.com

10Mənbələr