AZ

Son iki ildə 1,5 milyondan çox rusiyalı və ukraynalı Azərbaycana gəlib

Yayımlandı: 14 Avqust 2024 17:29 Ölkəyə gələn Rusiya vətəndaşları statistikada çoxluq təşkil edir Rusiyanın Ukrayanada başladığı hərbi əməliyyatlar fonunda Azərbaycana hər iki ölkədən ümumilikdə 1 milyon 535 min 889 nəfər vətəndaş gəlib. Dövlət Statistika Komitəsinin məlumatına görə, bu rəqəm 2022-ci ilin mart ayından 2024-cü ilin iyul ayınadək olan zamanı əhatə edir. 2022-ci ilin mart-dekabr aylarında Rusiyadan 397 min 5 nəfər, Ukraynadan isə 24 min 609 nəfər ölkəyə daxil olub. Ötən il ərzində isə Rusiyadan Azərbaycana gələnlərin sayında kəskin artım müşahidə olunub. Belə ki, ölkəyə gələn Rusiya vətəndaşlarının sayı 200 mindən çox artaraq 624 min 753 nəfərə çatıb. Ötən il 31 min 267 Ukrayna vətəndaşı da Azərbaycana daxil olub. 2024-cü ilin yanvar-iyul aylarında 438 min 66 nəfər Rusiya, 20 min 189 Ukrayna vətəndaşı da Azərbaycana giriş edib. Rusiya ilə Ukrayna arasında müharibə 2022-ci il fevralın 24-də başlayıb. Meydan TV

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
42
20
xural.com

10Mənbələr