AZ

“Hemofiliya xəstəliyinə multidisiplinar yanaşma” mövzusunda silsilə seminarlar keçirilib » Medical Media



TƏBİB və Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyası İctimai Birliyinin təşkilatçılığı ilə TƏBİB-in tabeliyindəki tibb müəssisələrində “Hemofiliya xəstəliyinə multidisiplinar yanaşma” mövzusunda silsilə seminarlar keçirilib. 

Müxtəlif ixtisaslı həkimlərin və tibbi heyətin iştirak etdiyi seminarlar Respublika Klinik Xəstəxanası, Tibbi Reabilitasiya Xəstəxanası, Abşeron Rayon Mərkəzi Xəstəxanası, Yeni Klinika, Salyan Rayon Mərkəzi Xəstəxanası, Lənkəran Rayon Mərkəzi Xəstəxanası PHŞ, Şirvan Şəhər Mərkəzi Xəstəxanası və Şamaxı Rayon Mərkəzi Xəstəxanasında baş tutub. 

Seminarların məqsədi qanın laxtalanma pozğunluğu olan insanlara göstərilən xidmətlərin səviyyəsini artırmaq, ilkin mərhələdə fəsadların qarşısını almaq, hemofiliyalı xəstələrin müalicəsində fərqli sahələrdən olan mütəxəssislərin (hematoloq, fizioterapevt, psixoloq, diyetoloq və s.) birgə işinin vacibliyini vurğulamaqdan, həmçinin multidisiplinar yanaşma vasitəsilə hemofiliyalı xəstələrin həyat keyfiyyətinin yaxşılaşdırılmasına nail olmaq barədə məlumat verməkdən ibarətdir. 


Seminarda həkimləri maraqlandıran suallar ətraflı cavablandırılıb. Hemofiliya və qanın laxtalanma pozğunluğundan əziyyət çəkən şəxslərin peyvənd edilməsi, hemofiliyalı xəstələrin reanimasiya və anesteziyasının aparılması qaydaları, stomatoloji xidmətin xüsusiyyətləri, müalicə zamanı dərmanlardan istifadə qaydası, onların reabilitasiyası və digər mühüm məsələlər ətrafında fikir mübadiləsi aparılıb.  


Qeyd edək ki, cari ildə TƏBİB-in tabeliyində olan tibb müəssisələrindən ümumilikdə 583 əməkdaş təlimlərdə iştirak edib.


Seçilən
103
1
medicalmedia.az

2Mənbələr