AZ

Altı ayda ölkədə bağlanan və yeni açılan iş yerlərinin sayı nə qədərdir? - Rəsmi

2024-cü ilin altı ayında Azərbaycanda 4,5 min iş yeri bağlanıb. Bu barədə Dövlət Statistika Komitəsindən bildirilib. 
 
Bağlanan iş yerlərinin 48,6% qeyri-dövlət sektorunun payına düşüb. 
 
"İş yerlərinin 51,7 faizi müəssisə və təşkilatların fəaliyyətlərinin dayandırılması, 48,3 faizi isə fəaliyyət göstərən müəssisə və təşkilatlarda aparılan ixtisarlar ilə əlaqədar bağlanıb", - məlumatda deyilir. 
 
Həmçinin 2024-cü ilin altı ayında ölkədə 45,4 min yeni iş yeri açılıb. Açılan iş yerərinin 95,1%-i özəl sektorun payına düşüb. 
 
Yeni açılmış iş yerlərinin 79,4 faizi Bakı şəhərinin, 1,7 faizi Naxçıvan Muxtar Respublikasının, 18,9 faizi digər regionların, o cümlədən 4,7 faizi Abşeron-Xızı, 2,1 faizi Gəncə-Daşkəsən, 2,1 faizi Lənkəran-Astara, 1,9 faizi Quba-Xaçmaz, 1,8 faizi Şirvan-Salyan, 1,3 faizi Qazax-Tovuz, 1,2 faizi Qarabağ, 1,2 faizi Şəki-Zaqatala, 1,0 faizi Şərqi Zəngəzur, 0,9 faizi Mərkəzi Aran, 0,4 faizi Mil-Muğan, 0,3 faizi isə Dağlıq Şirvan iqtisadi rayonlarının payına düşüb", - hesabatda qeyd olunub. 
 
Açılan iş yerlərinin 10,6%-i yeni yaradılan müəsissə və təşkilatların payına düşüb. 
 
Hazırda Azərbaycanda 218,6 min nəfər işsiz kimi qeydiyyata alınıb.
 
Gülnar Nazimqızı 

www.anews.az
Seçilən
177
49
anews.az

10Mənbələr