AZ

Bu rayonlara suyun verilmə rejimində dəyişiklik edilib

Bakının bir neçə rayonunda suyun verilməsi rejiminə dəyişiklik edilib. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin Mətbuat xidməti məlumat yayıb. 

Bildirilib ki, avqustun 12-i gecə saatlarından başlayaraq, Oğuz - Qəbələ su xəttində təmir-bərpa işləri aparılır. Nəticədə Yasamal, Səbail, Nəsimi, Binəqədi, Sabunçu, Xəzər, Suraxanı, Ramanı, Pirallahı rayonlarına suyun verilməsi rejimində dəyişiklik edilib.

Əhalinin digər mənbələr hesabına suyla təmin olunması istiqamətində işlər aparılır. Həmçinin Xidmətin təşkilatçılığı ilə həmin ərazilərin təminatında su maşınlarından da istifadə olunacağı bildirilir. 

Oğuz - Qəbələ xəttində təmir-bərpa işlərinin avqustun 16-sı axşam saatlarında yekunlaşması və həmin istiqamət üzrə tam rejimə çıxılması planlaşdırılır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
46
24
qafqazinfo.az

10Mənbələr