Moskvada böyük ticarət və əyləncə mərkəzində yanğın başlayıb
Rusiya paytaxtının cənub-qərbində yerləşən "Rio" ticarət və əyləncə mərkəzində yanğın başlayıb. Binanın üzlüyü 1-ci mərtəbədən 4-cü mərtəbəyə qədər yanır.
Oxu.Az-ın məlumatına görə, bu barədə TASS-a əməliyyat xidmətləri məlumat verib.
Bildirilib ki, yanğına ikinci çətinlik dərəcəsi (ümumi 5 dərəcə olur) verilib. Yanğının söndürülməsinə aviasiya cəlb edilməsi planlaşdırılır.