AZ

Sərnişin avtobusu aşdı - 22 yaralı

Türkiyənin Malatya şəhərində sərnişin avtobusu aşıb, 22 nəfər yaralanıb.

Bakıvaxtı.az “NTV Haber”ə istinadən xəbər verir ki, hadisə Akçadağ rayonunda baş verib.

Onlardan üçünün durumunun ağır olduğu bildirilir. Xəsarət alanlar xəstəxanaya yerləşdiriliblər.

Qəzanın səbəbi məlum deyil.

Seçilən
55
6
bakivaxti.az

6Mənbələr