AZ

Bakıda restoranda yanğın

Bakının Xətai rayonu ərazisində restoranda yanğın olub.

 

Hadisə Xətai rayonu Nəcəfqulu Rəfiyev küçəsində yerləşən restoranda qeydə alınıb. FHN-dən APA-ya verilən məlumata görə, nazirliyin 112 "qaynar xətti"nə Xətai rayonu Nəcəfqulu Rəfiyev küçəsində yerləşən restoranın tüstü bacasında yanğın olması barədə məlumat daxil olub. Bununla bağlı dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

 

Yanğınsöndürənlərin çevik müdaxiləsi nəticəsində yanğın qısa müddətdə söndürülüb.

Tarix: 13 Avqust 2024, 13:39   
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
40
50
pravda.az

10Mənbələr