AZ

Bakının yarısı istiliksiz qala bilər – “Azəristiliktəchizat”ın 1 saylı qazanxanasının binası uçmaq təhlükəsi ilə üzləşib

"Azəristiliktəchizat” ASC-nin Nəsimi rayonu, 3-cü mkrorayon bazarının yaxınlığında yerləşən 1 saylı qazanxasının binası üça bilər.
Binanın qarşısında qazıntı işləri aparılıb. Bu da bina üçün ciddi təhlükəyə səbəb olub.
1 saylı qazanxana Bakının yarısının istiliklə təmin edir.
Sakinlər deyir ki, bina uçarsa qazanxanın fəaliyyəti dayanacaq. Bu isə qışda Bakının yarısının istiliksiz qalması deməkdir.
Qazıntının hansı məqsədlə aparıldığı bəlli deyil. İddialara görə, orada hansısa tikinti işləri aparılacaq.
Ərazidə qazanxana binasından başqa, yanacaqdoldurma məntəqəsi və ticarəty mərkəzi yerləşir. Sakinlər deyir ki, binanın uçması böyük faciəyə səbəb ola bilər.
Ərazidən çəkilən görüntüləri təqdim edirik:
 
 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
113
50
7news.az

10Mənbələr