AZ

Çempionlar Liqası: "Qarabağ" bu gün cavab oyununa çıxır

Çempionlar Liqası: "Qarabağ" bu gün cavab oyununa çıxır

"Qarabağ" UEFA Çempionlar Liqasında (ÇL) növbəti oyununu bu gün keçirəcək.Ağdam təmsilçisi III təsnifat mərhələsinin cavab matçında Bolqarıstanda "Ludoqorets"in qonağı olacaq.Qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da start götürəcək. Görüşü italiyalı Simon Sozza idarə edəcək.Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan ilk oyunda qonaqlar 2:1 hesablı qələbəyə seviniblər.Qeyd edək ki, cütün qalibi Çempionlar Liqasının pley-off mərhələsində "Dinamo" (Zaqreb, Xorvatiya) ilə üz-üzə gələcək. Məğlub tərəf isə UEFA Avropa Liqasında "Petrokub" (Moldova) - TNS (Uels) duelinin güclüsü ilə görüşəcək.Çempionlar LiqasıIII təsnifat mərhələsiCavab oyunu22.00 Ludoqorets (Bolqarıstan) - Qarabağ (Azərbaycan)Baş hakim: Simon Sozza."Ludoqorets Arena".İlk oyun: 2:1.

Seçilən
41
17
afn.az

10Mənbələr