AZ

Con Elkann: Həmilton Ferrariyə qələbə qazanmaq üçün gəlir

F-1.az xəbər verir ki, mətbuata çıxışının əsas mövzusu birbaşa avtoidmanla bağlı olmasa da, söhbət nəticədə Ferrari-nin Formula1-dəki işlərinə gəlib çıxıb. Elkann Olimpiya hərəkatının uzunmüddətli pərəstişkarıdır və Parisə ailəsi ilə birlikdə gəlib.

“Burada siz harmonik birgəyaşayışın nümunəsini, idmançılar arasında idman rəqabəti getməsinə baxmayaraq, heç bir maneə ilə bölünməmiş dünyanı görürsünüz, – deyə Ferrari prezidenti bildirdi. – Bu, sivilizasiyalı yanaşmanın çox müsbət nümunəsidir.

Anyelli Fondunda biz əminik ki, idmanı və təhsili birləşdirmək mümkündür və bəzilərinin düşündüyü kimi onlar bir-birinə zidd deyil. Əksinə, bu iki element bir-birini qidalandırır. Bir sıra araşdırmalar təsdiq edir ki, idmanla məşğul olan insanlar daha yaxşı təhsil alırlar.

Bu il biz İtaliyanın Milli Olimpiya Komitəsi ilə birgə 14 yaşına çatmamış uşaqlar üçün bir növ Olimpiada keçirəcəyik – bu yarışlar oktyabrın 3-dən 6-dək Siciliyada keçiriləcək. Onların məqsədi uşaqları çempionların nümunəsində idmanla məşğul olmağa həvəsləndirmək və onlara öz arzularını həyata keçirməyə kömək etməkdir…”

Gazzetta dello Sport-un yazdığına görə, Elkanndan Lyuis Həmiltonun gələcək Ferrari-yə keçidi barədə soruşduqda – gələn ilin yanvarında isə yeddiqat dünya çempionu 40 yaşına çatacaq – o belə cavab verib: “Həmilton və Ferrari bir-birini tapıbıar, o, qalib gəlmək üçün bizə gəlir. Onunla biz daha güclü olacağıq və gələcəyin hazırladığı çağırışlara daha yaxşı hazırlaşacağıq.

O, səkkizinci çempion titulunu qazanmağa yönəlmiş böyük idmançıdır və bunu onun son qələbələri də təsdiqləyir. Şübhəsiz ki, o, Ferrari-yə fəxri istirahətə hazırlaşmaq üçün keçmir. O, hələ çox şeyə nail olmaq istəyir.

Nəhayət, son onilliyin böyük idmançılarının adlarını xatırlamaq kifayətdir: Cokovic, Federer, Həmilton, Ronaldu, Messi – onları hamısını nə birləşdirir? İdman uzunömürlülüyü. İnanılmaz iradə keyfiyyətləri sayəsində onlar fiziki formanın düşməsi ilə bağlı çətinlikləri dəf edə bildilər”.

Elkann cari mövsüm haqqında da bir neçə söz deyib: “Bu il Formula1-də rəqabət həqiqətən kəskinləşib. Dörd komanda öz imkanlarına görə bir-birinə çox yaxındır və bunun sayəsində hər şey daha maraqlı olub.

Red Bull çempionata yaxşı başladı, sonra Ferrari, McLaren ona yaxınlaşdılar, indi isə Mercedes onlara çatır. Nəhayət ki, möhtəşəm pilotların çıxış etdiyi çempionat qeyri-proqnozlaşdırılan ssenari üzrə gedir və indi ən vacib olan potensialınızı tam reallaşdırmaqdır. Həmilton və Alonso kimi ən təcrübəli pilotlar daha sabit çıxış edirlər və bu, həlledici amil ola bilər”.

Seçilən
39
f-1.az

1Mənbələr