AZ

Ukrayna Kurskda mövqelərini möhkəmləndirir, nəzarəti planlaşdırır - "Forbes"

Ukrayna qüvvələri Rusiya Federasiyasının Kursk vilayətində mövqelərini möhkəmləndirir. Bu, onların regionu tərk etmək fikrində olmadığını göstərir.Rubrika.Az xəbər verir ki, bu barədə "Forbes” yazır."Forbes” mənbələri Ukrayna və Rusiya qoşunlarının mövqelərdə səngərlər qazmağa başladığını bildirib - Rusiya bölgəsində cəbhənin hər iki tərəfində ekskavatorlar müşahidə edilir. Bu o deməkdir ki, "cəbhə xəttinin sabitləşməsi və Kurskun bir hissəsinin Ukraynanın uzunmüddətli işğalı masadadır”. Hadisələrin belə inkişafı regionu Rusiya Federasiyasının Ukraynaya qarşı genişmiqyaslı müharibəsində daha bir əsas cəbhəyə çevirə bilər."Düşmən kürək götürən kimi, iki gündən sonra meşə sahələrini ələ keçirmək Avdeyevkada olduğundan çətin olacaq”, - Rusiyanın hərbi müxbiri Aleksandr Xarçenko Rusiya bölgəsindəki Ukrayna səngərlərini "baş verə biləcək ən pis şey” adlandırıb.Materialda deyilir ki, hazırda Ukrayna Müdafiə Qüvvələri sursatla bağlı çətinlik çəkmir, ona görə də onları geri itələmək üçün işğalçılar hər dəfə bir səngəri ələ keçirməli olacaqlar. Eyni zamanda, Ukrayna qüvvələri güclənməmiş Kreml hələ də güclü əks-hücum təşkil edə bilər. Bununla belə, Kursk bölgəsində gücləndirmə qüvvələrinə gedən Rusiya hərbi karvanları Ukrayna kəşfiyyat qruplarının, PUA-larının və artilleriyasının hücumları ilə üzləşir.Ukraynalılar artıq Rusiya bölgəsində 10 mindən çox hərbçi yerləşdiriblər. Öz növbəsində, Rusiya silahlı qüvvələrinin şimal qruplaşması cəbhə xəttinə 10-11 tabor yerləşdirməyə çalışır - bu, cəmi 4000 hərbçi deməkdir. Eyni zamanda, "kağız üzərində" bölgəyə 48 min hərbçi nəzarət edir, lakin onların çoxu Xarkov vilayətinin Volçansk yaxınlığında yerləşir. "Forbes” vurğulayır ki, Ukraynanın Kurska hücumunun əsas məqsədi məhz Rusiya qüvvələrinin başqa istiqamətlərdən çıxarılması ola bilər.Rubrika.az





Facebook-da paylaş

Seçilən
45
50
rublika.az

10Mənbələr