AZ

1500 mənzilin sahibi “Espanyol”u da ələ keçirmək istəyir

Danimarkalı Martin Breyturyt bu yay Braziliya “Qremio”suna keçib.

“Football-plus.az” onun Espanyol”la müqaviləsinin müddəti bitib. İndi futbolçu sabiq komandasını almaq üzərində düşünür. Media belə gümanlar irəli sürür ki, Martin bu yolla İspaniya klubunun direktorları ilə haqq-hesab çəkmək, onu komandada görmək istəyənləri qovmaq istəyir.

Bəs Breytueytdə bu qədər pul haqdandı? O, ən azı 250 milyon dollarlıq aktivlərə malik uğurlu biznesmendi. Odu ki, pulu tam bəs edir. Xüsusən də əlavə investorlar cəlb edə bilərsə - bu sahədə də danimarkalının təcrübəsi var.

Ən zəngin futbolçu
2021-də məlum oldu ki, Breytueyt “Barselona”nın ən zəngin futbolçusudu. Baxmayaraq ki, maaşı heç də çox deyildi, illik 6 milyon avro ilə komandada bu göstəricidə 14-cü yerdə idi. Və artıq onda aydın oldu ki, Martin futbolu, sadəcə, məmnunluq üçün oynayır, pul problemi yoxdu.

Martin böyük ailədəndi. Onun atası ilə anası Amerikada tanış olublar, sonradan anasının vətəninə - Danimarkaya köçüblər. Ancaq Ştatlarda da Martinin qohumları var. Ən böyük fiqur isə əmisi Filip Maykldı. Filip 2014-cü ildə özünün daşınmaz əmlaka qoyulan investisiyalar üzrə startapını yaradıb və bu haqda bestsellelə çevrilən kitab yazıb. Danimarkadan olan qohumları, xüsusən də Martin ilə də xoş münasibətlər saxlayıb. 2017-ci ildə Filiplə Martin birgə layihəni (NYCE Companies) işə salıb. Breytueyt yeni layihənin ilk nəhəng investoru olub – bu işə milyon dollar qoyub. Bu heç də az pul deyil. Futbolçu “Midlsbro”da olarkən ilə məhz elə bu qədər qazanırdı.

İnvestisiyaların cəlb olunması
NYCE nə ilə məşğuldu? Binalar tikit və bütün arzulayanların bu sahəyə investisiya qoymasına yardım edir. Şirkət əvvəlcə Cersi-Siti rayonunda özünəməxsus evlər tikib, bir neçə il ötəndən sonra isə TRIBE əlavəsini dövriyyəyə buraxıb. İstənilən şəxs cəmi 100 dollar ödəməklə investor ola bilər. Əlbəttə, bu pulun müqabilində yalnız bir neçə santimetr ala bilərsən, əvəzində gələcəkdə payını daha baha satmaq imkanın var, axı daşınmaz əmlakın qiyməti daim qalxır.
NYCE pandemiya dönəmində “ağıllı evlər” bazarına girməyə qərar verdi – məsələn, Filadelfiya Universiteti üçün yataqxana və kovorkinq tikdilər. Elə həmin vaxt şirkət səhmdar cəmiyyətə çevrildi. Yəni bu şirkətin səhmlərini artıq qiymətli kağızlar bazarında almaq olar. NYCE bu yolla 25 milyon dollardan artıq investisiya cəlb etdi.

Breytueytin biznes imperiyası
Martin əsl biznesmen kimi aktivlərini fəal şəkildə diversifikasiyalaşdırır. Əlbəttə, əsas məşğuliyyəti daşınmaz əmlaka pul qoymaqdı, ancaq başqa işləri də var. Məsələn, danimarkalı xanımi ilə birgə “Trente” geyim brendi yaradıb, yaxınlarda isə Barselonada restoran açıb.
Breytueytin restoranında vegeterian yeməkləri verilir – menyunu onun xanımı Anna Laura hazırlayıb. Restoran biznesi genişlənməkdədi. Burda fərdi qidalanma planları hazırlanır, yeməklər Barselona daxilində, eləcə də şəhər ətrafında hər yerə çatdırılır. Daşınmaz əmlak sferasında da Martinin işləri qaydasında gedir. 2021-ci ildə onun 1500 mənzili olub, daha 500-ü tikilirdi. TRIBE əlavəsinə isə üç il əvvəl artıq 100 min investor cəlb olunmuşdu.

“Espanyol” onun nəyinə lazımdı?
Breytueyt futbol klubu almağa hazırlaşır – mediada belə xəbərlərin sayı artıb. Martinin “Espanyol” rəhbərliyi ilə münasibətləri pozulub. Çoxları artıq belə düşünür ki, danimarkalı futbolçu incik düşdüyü klub rəsmilərini qovmaq üçün onu almaq istəyir. İş ondadı ki, Martin Danimarka yığmasının heyətində AÇ-2024-ə yollanmağı çox istəyirdi. Bildiyimiz kimi, onu turnirə aparmadılar. Amma apara bilərdilər – yeri gəlmişkən, hücumçu sequndanın ötən mövsümündə 22 qol vurub və 2 məhsuldar ötürmə verib. Martin özü “Espanyol”la bağlı durumu belə izah edir: “Klub ötən yay mənlə müqavilə müddətini uzatmaq istəyirdi, ancaq verdikləri təkliflə mənə tam hörmətsizlik göstərdilər. Bir il əvvəl aldığım təklif klubun mənə etibar etməməsinin göstəricisi idi”.
Daha bir fikir var – guya bir il əvvəl Martin “Espanyol”un onu La Liqa klubuna burxmasını istəyirmiş. Futbolçu belədə Danimarka yığmasına çağrılmaq şansının artacağını düşünürmüş. Amma alınmayıb. Sevindirici məqam odu ki, Breytueyt münaqişəyə baxmayaraq, peşəkar kimi qalıb və komandaya La Liqaya qayıtmaqda yardım edib. 33 yaşlı hücumçu bu yay “Qremio”ya keçib. Ancaq “Espanyol”u almaq onun biznes-planına tam uyğundu. Özünüz mühakimə edin:
- pul var. Hələ üç il əvvəl 250 milyonu var idisə, deməli, ötən müddətdə sərvəti daha da artıb;
- İspaniyada uğurlu biznes qurub, özü də “Espanyol”un da təmsil etdiyi Barselonada;
- investorları cəlb etmək təcrübəsi var, odu ki, klubu almaq üçün bütün pulu təkbaşına qoymalı olmayacaq.

Yalnız bir çatışmazlıq var: futbol klubu spesifik biznesdi, burda çox pul qazanmaq asan məsələ deyil. Kapitalı artırmağın ən doğru yolu brendi inkişaf etdirmək və sonradan payını satmaqdı. Ancaq bunun üçün çox çalışmaq lazım gələcək – “Espanyol” yaşıl meydanda da uğurlu nəticə göstərməlidi.

Seçilən
116
50
football-plus.az

10Mənbələr