AZ

Media maqnatı uğrunda mübarizə davam edir - Yeni sahibi kim olacaq?

CBS və MTV kimi brendlərin sahibi olan media nəhəngi "Paramount Global" şirkət üzərində nəzarət uğrunda korporativ mübarizənin mərkəzindədir. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Bloomberg" yazıb.

"Oracle"ın həmtəsisçisi Larri Ellisonun oğlu David Ellisonun rəhbərlik etdiyi "Skydance Media"nın mövcud təklifinə media maqnatı Edqar Bronfman Jr-nın yeni təklifi də qoşulub. Milyarder şirkətə 4,3 milyard təklif edib.

Ellisonun qrupu əvvəllər "Paramount"un nəzarət səhmdarı olan "National Amusements" ilə ilkin müqavilə bağlamış, şirkət üçün 2,4 milyard dollar təklif etmiş və "Paramount"un səhmlərini almaq və borcunu ödəmək üçün daha 6 milyard dollar sərmayə qoymağı öhdəsinə götürmüşdü. Razılaşmanın bir hissəsi olaraq "Skydance Media" "Paramount" ilə birləşməli idi. Lakin müqavilədə digər təkliflərə baxılması üçün 45 günlük müddət nəzərdə tutulurdu ki, bu müddət tezliklə başa çatır.

Qəzet yazır ki, Bronfmanın təklifinin daha üstün olduğunu iddia etməsi gözlənilir, çünki bu, "Redstone" səhmdarları olmayan "Paramount" səhmdarları üçün daha az dilüsiya ilə nəticələnəcək.

Aydın

Seçilən
98
50
qaynarinfo.az

10Mənbələr