Rusiya Ukraynanın Donetsk vilayətində Kostyantinivka şəhərində mağazanı vurub, ölənlər və yaralananlar var.
Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Donetsk hərbi administrasiyasının rəhbəri Vadim Filaşkin "Telegram" hesabında məlumat verib.
Onun sözlərinə görə, Rusiya qüvvələri Kostyantinivka şəhərində böyük supermarketi artilleriya ilə vurub.
Ən azı 9 nəfər ölüb, 24 nəfərin yaralandığı bildirilir.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun