AZ

Bu universitetlər abituriyent qəbulu elan edir

Milli Müdafiə Universiteti ali təhsilin bakalavriat səviyyəsi üzrə Heydər Əliyev adına Hərbi İnstituta əlavə abituriyent qəbulu elan edir.

 

DİM-dən AzEdu.az-a bildirilib ki, tələblərə cavab verən namizədlər 12 avqust 2024-cü il saat 18:00-dək Heydər Əliyev adına Hərbi İnstituta (Ünvan: Bakı şəhəri, Xətai rayonu, Polad Həşimov küçəsi, 9a) müraciət edə bilərlər.

Tələblər:

Dövlət İmtahan Mərkəzi tərəfindən I, II, III ixtisas qrupu üzrə keçirilmiş qəbul imtahanlarında 250 bal və daha yüksək nəticə əldə etmiş, cari ildə ümumtəhsil müəssisələrində tam orta təhsil səviyyəsini bitirmiş, qəbul ilində 17 yaşı tamam olan və 20 yaşı tamam olmayan Azərbaycan Respublikasının kişi cinsli vətəndaşı olması.

Zəruri sənədlər :

- Şəxsiyyət vəsiqəsinin əsli və surəti;

- Tam orta təhsil haqqında attestat;

- Çağırışçının qeydiyyat vərəqəsi;

- 4 ədəd 3x4 formatında fotoşəkil;

- Psixonevroloji, narkoloji, vərəm və dəri-zöhrəvi dispanserlərindən (kabinetlərdən) qeydiyyatda olub-olmaması haqqında arayışlar.

Hərbi ixtisaslarla yanaşı verilən müvafiq ali peşə-ixtisasları :

- Aerokosmik mühəndislik;

- Elektrik və elektronika mühəndisliyi;

- Mexanika mühəndisliyi;

- Radiotexnika və telekommunikasiya mühəndisliyi;

- Sistemlər mühəndisliyi;

- Menecment;

- Beynəlxalq münasibətlər;

- Tarix.

İmtiyazlar:

- 500 (beş yüz) manat məbləğində birdəfəlik ödəmə;

- 150 (yüz əlli) manat məbləğində aylıq təqaüd;

- 200 (iki yüz) manat məbləğində ailə üzvlərinə aylıq maddi yardım;

- 200 (iki yüz) manat məbləğində hesabda yığılan aylıq ödəniş;

təhsil müddətində təhsilalanların bütün təminat növləri ilə təmin olunması  (Yataqxana, qidalanma, xüsusi geyim forması və s.).

 

 

Seçilən
75
1
azedu.az

10Mənbələr