AZ

Gülhanə Tədris Araşdırma Xəstəxanasının hərbi tibb ixtisasına qəbul elan edilib

Türkiyənin Tibb Elmləri Universitetinin Gülhanə Tədris Araşdırma Xəstəxanasının hərbi tibb ixtisasına abituriyentlərin qəbulu elan edilib.

 

Dövlət İmtahan Mərkəzindən (DİM) AzEdu.az-a verilən məlumata görə, Milli Müdafiə Universiteti 2024/2025-ci tədris ili üçün ali təhsilin bakalavriatura (əsas (baza ali) tibb təhsili) səviyyəsi üzrə Türkiyə Respublikasının Tibb Elmləri Universitetinin Gülhanə Tədris Araşdırma Xəstəxanasının hərbi tibb ixtisası üzrə təhsil almaq üçün abituriyentlərin qəbulunu elan edir.

 

Tələblərə cavab verən namizədlər avqustun 6-dək xaricdə hərbi təhsil üzrə ilkin qeydiyyat forması (mmu.edu.az/qeydiyyat) üzərindən müraciət edə bilərlər.

 

Tələblər:

Dövlət İmtahan Mərkəzi tərəfindən IV ixtisas qrupu üzrə keçirilmiş qəbul imtahanlarında 600 bal və daha yüksək nəticə əldə etmiş, cari ildə ümumtəhsil müəssisələrində tam orta təhsil səviyyəsini bitirmiş, qəbul ilində 17 yaşı tamam olan və 20 yaşı tamam olmayan Azərbaycan Respublikasının kişi cinsli vətəndaşı olması.

İmtiyazlar:

- təhsil müddətində təhsilalanların bütün təminat növləri ilə təmin olunması (yataqxana, qidalanma, xüsusi geyim forması və s.);

- ildə bir dəfə Azərbaycana gediş-gəliş xərclərinin təmin olunması.

Seçilən
80
11
azedu.az

10Mənbələr