AZ

Bədii gimnastmız yarışı 18-ci sırada başa vurdu

Azərbaycan bədii gimnastı Zöhrə Ağamirova Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında 18-ci yeri tutub.

Redaktor.az xəbər verir ki, 23 yaşlı idmançı son olaraq gürzlə bacarığını göstərdikdən sonra 26.750 xala layiq görülüb.

Ümumilikdə 117.850 xal toplayan gimnastımız yekun sıralamada 18-ci yeri tutaraq, ilk "onluq"dan kənardan qalıb və finala yüksələ bilməyib.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.

Seçilən
59
7
redaktor.az

10Mənbələr