AZ

Ukrayna Ordusunun Rusiya ərazisinə daxil olması “Putinin sadə rusların himayədarı” imicini sarsıdıb

Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətinə uğurlu reydi İkinci Dünya Müharibəsindən sonra ilk dəfə olaraq başqa ölkənin ordusunun Rusiyaya hücumu olub.

Editor.az bildirir ki, bu barədə “Bloomberg” yazır və qeyd edir ki, Ukrayna Rusiya hərbçilərini təəccübləndirib və Vladimir Putinin mövqelərini xeyli zəiflədib. Nəşrin bildirir ki, bu epizod Rusiya sərhədlərinin müdafiəsinin kövrəkliyini üzə çıxarıb və ukraynalıların əhval-ruhiyyəsini yüksəldib.

O, həmçinin “Putinin sadə rusların himayədarı” kimi imicini sarsıdıb. Çünki onun Ukraynada başladığı müharibə indi getdikcə daha çox Rusiyaya sıçrayır: “Ukrayna üçün bu, çox güman ki, Kiyevin arqumentlərini gücləndirəcək ki, ABŞ və Avropalı müttəfiqlər Kremldən gələn eskalasiya təhlükələrindən qorxmamalı və Ukraynaya müharibənin bitməsini sürətləndirmək üçün lazım bildiyi şəkildə Putinlə döyüşməyə icazə verməlidirlər”, – “Bloomberg” bildirir.

//Samir Qurbanov, Editor.az

Seçilən
152
30
editor.az

10Mənbələr