AZ

Paris-2024: Həsrət Cəfərovun bürünc görüşündə rəqibi dəqiqləşib

Paris-2024 Yay Olimpiya Oyunlarının yunan-Roma güləşi yarışlarına bu gün yekun vurulacaq.

TEMPİNFO xəbər verir ki, son iki çəkidə mükafatçılar bəlli olacaq.

Azərbaycan yığmasının bir güləşçisi xalçaya çıxacaq. Bu, “klassiklər”imizin Parisdə medal hesabını açmaq üçün axrıncı şans olacaq.

Yunan-Roma güləşi67 kqHəsrət Cəfərov Olimpiadada son görüşünə çıxacaq. O, bürünc medal uğrunda qarşılaşmada qüvvəsini sınayacaq. Dünya çempionatlarının gümüş və bürünc mükafatçısı Amantur İsmayılovla (Qırğızıstan) güləşəcək.

Qeyd edək ki, yunan-Roma güləşi millimiz Fransa paytaxtına 5 idmançı ilə yollanıb. Onlardan dördü çıxışını medalsız başa vurub.

TEMPİNFO

Seçilən
54
1
tempinfo.az

7Mənbələr