AZ

Həsrət yarımfinalda Ukrayna azərbaycanlısına uduzdu - Bu gün bürünc üçün güləşəcək

Azərbaycanın Yunan-Roma güləşçisi Həsrət Cəfərov (67 kq) Paris-2024 Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.

Sportinfo.az xəbər verir ki, o, 1/8 finaldan yarışa qoşulub. H.Cəfərov (21 yaş) Mohamed Elsayedlə (Misir) üz-üzə gəlib.

Həsrət ikiqat Avropa çempionu (2023 və 2024-cü illər), dünya çempionatının gümüş və bürünc mükafatçısıdır. Elsayed (26 yaş) Tokio-2020 Olimpya Oyunlarının bürünc mükafatçısı və Afrika çempionatının beşqat qalibidir.

H.Cəfərov 9:0 hesablı (tam üstünlüklə) inamlı qələbə qazanaraq 1/4 finala vəsiqə qazanıb.

Bu mərhələ onun rəqibi Valentin Petiç (Moldova) olub. H.Cəfərov 3:1 hesabı ilə qalib gələrək yarımfinala vəsiqə qazanıb.

Yarımfinalda onun rəqibi Ukraynanı təmsil edən başqa bir azərbaycanlı Pərviz Nəsibov olub. Rəqib sonuncu xal prinsipinə (3:3) əsasən finala yüksəlib.

Həsrət yarımfinala gedən yolda Mate Nemes (Serbiya) və Amantur İsmayılova (Qırğızıstan) qalib gəlib.

P.Nasibov Tokio-2020 Olimpiya Oyunlarının gümüş mükafatçısıdır.H.Cəfərov bu gün bürünc medal uğrunda mübarizə aparacaq.

Seçilən
98
15
sportinfo.az

10Mənbələr