Rusiyada XƏBƏRDARLIQ EDİLDİ - PUA hücumu təhlükəsi ilə bağlı
Kursk vilayətində pilotsuz uçuş aparatlarından (PUA) hücum təhlükəsi elan edilib.
32gun.az bildirir ki, bu barədə qubernator vəzifəsini icra edən Aleksey Smirnov Telegram kanalında məlumat verib.
"Ehtiyatlı olun! Mümkün hücumu dəf etmək üçün hava hücumundan müdafiə qüvvələri və vasitələri hazır vəziyyətə gətirilib", - deyə o yazıb.