AZ

Azərbaycanda təbii qaz ixracı 11 faizədək artıb

Cari ilin yanvar-iyun aylarında ölkədə əmtəəlik təbii qaz ehtiyatlarının həcmi 21 milyard 870,9 milyon kubmetr təşkil edib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, təbii qaz üzrə ehtiyatların 27,5 faizi ölkə daxilində istehlak edilib, 59,8 faizi ixrac olunub, 2,5 faizi itkiyə gedib, 10,2 faizi isə iyul ayının əvvəlinə ehtiyat kimi qalıb.
Ölkə daxilində istehlak edilən təbii qazın 59,8 faizi istehsal ehtiyaclarına sərf edilib, 40,2 faizi isə əhaliyə satılıb.
Hesabat dövründə 13 milyard 79,6 milyon kubmetr və ya 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 10,8 faiz çox təbii qaz ixrac edilib.
Əhali tərəfindən 2420,4 milyon kubmetr və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4,2 faiz az təbii qaz istehlak edilib. Onun 37,9 faizi Bakı şəhərinin, 3,1 faizi Naxçıvan Muxtar Respublikasının, 11,7 faizi Abşeron-Xızı, 6 faizi Gəncə-Daşkəsən, hər biri 5,7 faiz olmaqla Lənkəran-Astara və Mərkəzi Aran, 5,5 faizi Qazax-Tovuz, 5 faizi Şəki-Zaqatala, 4,9 faizi Quba-Xaçmaz, 4,6 faizi Qarabağ, 3,8 faizi Mil-Muğan, 3,6 faizi Şirvan-Salyan, 2,5 faizi isə Dağlıq Şirvan iqtisadi rayonlarının payına düşüb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
46
7
turk.az

10Mənbələr