Polis İsrail Xarici İşlər Nazirliyinin Qüdsdəki qərargahında axtarış aparıb.
"Operativ Media" xəbər verir ki, bu barədə İsrail polisinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, bu, Lahav-433 xüsusi təyinatlı dəstəsinin dələduzluqla mübarizə şöbəsinin müstəntiqləri tərəfindən bir neçə həftə əvvəl başlanmış gizli araşdırma çərçivəsində edilib.
Polisdən bildiriblər ki, axtarış zamanı müxtəlif sənədlər götürülüb.