AZ

IV Yay Düşərgəsinin açılış mərasimi keçirilib

“Qardaşlaşmış Qarabağ Məktəbləri” layihəsi çərçivəsində IV Yay Düşərgəsinin açılış mərasimi keçirilib.

Publika.az xəbər verir ki, Qazaxıstanın Çimkənd şəhərində 6 avqust 2024-cü il tarixində baş tutan açılış mərasimində iştirakçılarla yanaşı Azərbaycan Diasporuna Dəstək Fondunun, "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin, yerli ictimaiyyətin nümayəndələri, diaspor fəalları, “Xarı Bülbül” Qarabağ Etnomədəni birliyinin əməkdaşları və üzvləri, yerli musiqiçilər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan ADDF-in icraçı direktorunun müavini Şahin Camalov layihənin yaranması və əhəmiyyəti, bu günə qədər keçirilmiş düşərgələr, iştirakçılar barədə məlumat verib, keçən il Azərbaycanda baş tutan III Qış düşərgəsi barədə maraqlı məlumatları iştirakçılarla bölüşüb. O, həmçinin ərazi bütövlüyümüzün bərpası zamanı şəhid olan qəhraman vətən oğullarının bizlərə əmanət qoyduğu övladlarına dövlət qayğısından bəhs edərək adıçəkilən düşərgənin də məhz bu əhəmiyyətli dövlət siyasətinin bir parçası olduğunu qeyd edib.

Daha sonra layihənin müəllifi “İsveçrə Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin rəhbəri, həmçinin düşərgənin təlimçisi Qasım Nəsirov və "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin nümayəndəsi Aygün Ramaldanova layihə və düşərgə barədə çıxış edərək iştirakçılara öz tövsiyyələrini veriblər. “Xarı Bülbül” Qarabağ Etnomədəni Birliyinin sədri Ramilə Mustafayeva isə çıxışında Azərbaycan Diapsoruna Dəstək Fonduna bu cür əhəmiyyətli layihəni məhz rəhbərlik etdiyi təşkilatla birlikdə keçirdiyi üçün minnətdarlığını bildirib.

Tədbir sonradan mədəniyyət nümayəndələrinin bir-birindən maraqlı musiqi nömrələri ilə davam edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
80
5
publika.az

2Mənbələr