AZ

Kim qarpız yeyə bilməz? - QADAĞA » Medical Media

Qarpızı qəlyanaltı və ya desert kimi istifadə etmək daha yaxşıdır. Şəkərli diabet və digər xroniki xəstəlikləri olan insanlar qarpızı qida rasionuna daxil etmədən əvvəl həkimləri ilə məsləhətləşməlidirlər. 

Bu barədə Rusiyanın  biologiya elmləri doktoru Natalya Efimoçkina məlumat verib.

"Gün ərzində 700-800 qram qarpız yeyə bilərsiniz. Kalorisi aşağı olsa da kifayət qədər yüksək karbohidratlı bir məhsul olduğunu unutmayın", deyə Efimoçkina bildirib.

Doktor  əlavə edib ki, qarpız pəhrizinə ehtiyac yoxdur. Lakin o bildirib ki, xüsusilə Şəkərli diabet, böyrək və mədə-bağırsaq xəstəliklərindən əziyyət çəkənlər bu məhsulla bağlı həkimləri ilə məsləhətləşməlidirlər.

Seçilən
57
1
medicalmedia.az

2Mənbələr