AZ

Kimlər qarpız yeyə bilməz?

Qarpızı həddindən artıq istifadə etmədən qəlyanaltı və ya desert kimi istifadə etmək daha yaxşıdır. Şəkərli diabet və digər xroniki xəstəlikləri olan insanlar qarpızı qida rasionuna daxil etmək barədə həkimləri ilə danışmalıdırlar. 

Qaynarinfo xəbər verir ki, bu barədə "İzvestiya"ya biologiya elmləri doktoru Natalya Efimoçkina məlumat verib.

"Gün ərzində 700-800 qram qarpız yeyə bilərsiniz, lakin bunun kifayət qədər yüksək karbohidratlı bir məhsul olduğunu xatırlamaq tövsiyə olunur, baxmayaraq ki, ümumiyyətlə aşağı kalorili olur", deyə Efimoçkina bildirib.

O əlavə edib ki, qarpız pəhrizinə ehtiyac yoxdur. Şəkərli diabet, böyrək və mədə-bağırsaq xəstəlikləri olan insanlar isə qarpızı yeyə bilib-bilməmələrinə həkimləri qərar verməlidir.

Aydın

Seçilən
59
1
qaynarinfo.az

2Mənbələr