AZ

Ağ Şəhərdə “Tullantıları hədiyyələrə dəyiş” festivalı keçirilib

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı, Xətai rayon İcra Hakimiyyətinin, “Azersun Holding” MMC-nin, “Təmiz Şəhər” ASC-nin, “AzEkol” MMC-nin, “Kontakt” mağazalar şəbəkəsinin, “Araz” supermarketlər şəbəkəsinin, “Libraff” kitab mağazaları şəbəkəsinin, “Təkan” İctimai Birliyinin, “Ekosfera” Sosial Ekoloji Mərkəzinin dəstəyi ilə Ağ Şəhər “Biznes Mərkəzi 2020”-nin qarşısında  “Tullantıları hədiyyələrə dəyiş” festivalı keçirilib.

Festival çərçivəsində vətəndaşlar ümumi tutumu 4803 litr olan plastik, 475 litr olan şüşə və 393 ədəd işlənmiş batareya təhvil verərək əvəzində müxtəlif hədiyyələr əldə ediblər.
Festival çərçivəsində tullantılardan hazırlanmış eksponatlar sərgilənib, uşaqlar tərəfindən ekoçantalar və kətan üzərində rəsmlər çəkilib, plastik tullantılardan müxtəlif əl işləri hazırlanıb. 
“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirilən tədbir tullantıların qarşısını almaq, resurslardan daha səmərəli istifadə etmək, tullantıları mənbəyində toplayıb təkrar emal etmək, ictimaiyyəti tullantıların düzgün idarə olunmasına stimullaşdırmaq məqsədilə keçirilib.

Ekologiya.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
47
13
ekologiya.az

10Mənbələr