AZ

Azərbaycanın broyler şirkətinin İdarə Heyətinin tərkibi yenidən formalaşdırılacaq

“Cəlilabad Broyler” ASC-nin səhmdarlarının nəzərinə! “Cəlilabad Broyler” Açıq Səhmdar Cəmiyyəti 04.09.2024-cü il tarixində, saat 12:00-da səhmdarların növbədənkənar ümumi yığıncağının keçirilməsi haqqında elan edir.

Yığıncağın keçirilmə ünvanı Bakı şəhəri, Nizami rayonu, Əli Vəliyev, ev 1-dir.

Yığıncağın gündəliyinə “Cəlilabad Broyler” ASC-nin İdarə Heyətinin tərkibinin yenidən formalaşdırılması və digər məsələlər daxildir.

Qeyd edək ki, “Cəlilabad Broyler” ASC 1997-ci ildə yaradılıb, nizamnamə kapitalı 849 238 manatdır və qanuni təmsilçisi Elvin Gülmuradovdur.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
117
34
banker.az

10Mənbələr