AZ

“Bloomberg”: Koreyalar arasında müharibə bir ildə dünyaya 4 trln. dollara başa gələcək

“Bloomberg Economics” analitiklərinin hesablamalarına görə, Cənubi Koreya və KXDR arasında hipotetik tammiqyaslı müharibənin birinci ili qlobal iqtisadiyyata 4 trilyon dollara başa gələ bilər ki, bu da dünyanın ümumi ÜDM-nin 3.9%-ni təşkil edir.

Agentlik qeyd edir ki, bu gün belə bir müharibənin başlanması “çox çətin”dir, lakin Rusiya prezidenti Vladimir Putinin KXDR-ə son səfəri və “soyuq müharibə tərəfdaşlığının canlanması” yarımadadakı riskləri artırıb.

Belə ki, agentliyin hesablamalarına görə, Ukraynada davam edən münaqişədən iki dəfə çox olacaq misli görünməmiş maliyyə itkiləri ilə yanaşı, hipotetik müharibə milyonlarla insanın ölümünə səbəb olacaq. Təkcə KXDR-in artilleriya zonasında yerləşən Seul metropolitenində təxminən 26 milyon insan yaşayır – Cənubi Koreya əhalisinin yarısı.

“Bloomberg” ssenarisində nüvə müharibəsi yalnız Şimali Koreya lideri Kim Çen İn “rejimi üçün ekzistensial təhlükə hiss edərsə” mümkündür. Seulda yerləşən Koreya Müdafiə Analizləri İnstitutunun (KIDA) məlumatına görə, keçən il Şimali Koreyanın arsenalında təxminən 80-90 nüvə başlığı var idi. Agentlik yaxın illər üçün ən çox ehtimal olunan ssenari kimi yarımadada daimi, lakin idarəolunan gərginliklə yanaşı, Kim rejiminin davam etdirilməsi adlandırır.

İyunun 19-da Vladimir Putinin Pxenyana səfəri zamanı Rusiya ilə KXDR arasında hərtərəfli strateji tərəfdaşlıq sazişi imzalanıb. Rusiya prezidenti sazişdən danışarkən bildirib ki, o, “bu müqavilənin tərəflərindən birinə qarşı təcavüz halında qarşılıqlı yardımın təmin edilməsini” nəzərdə tutur.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
70
34
banker.az

10Mənbələr