AZ

Adel bu səbəbdən 80000 nəfərlik konsertini dayandırdı

Adel bu səbəbdən 80000 nəfərlik konsertini dayandırdı

Məşhur müğənni Adel qeyri-adi addımı ilə gündəmə gəlib.

Sənətçi Almaniyanın Münhen şəhərindəki 80 000 fanatının qatıldığı konserti dayandırıb. Buna səbəb ifaçının olimpiya finalında qadınların 100 metr məsafəyə qaçış yarışını izləməsi olub.

Bu barədə Adelin fanatlarından biri sosial şəbəkə hesabında bildirib. O sənətçinin təxminən 80 000 insanın izlədiyi konsertinə fasilə verdiyini və bütün diqqətini yarışın finalına yönəltdiyini qeyd edib.
Xatırladaq ki, 2022-ci ilin sonundan etibarən Las-Veqasda çıxış edən müğənni noyabrın 23-də axırıncı konsertini verəcək. O hələki avqustun 10-a qədər ara verərək Münhendəki konsertlərinə davam edəcək./BAKU.WS

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
17
17
sonxeber.az

10Mənbələr