AZ

Ebru Gündeş səhnədə pərəstişkarlarını qorxuya saldı

Məşhur türk müğənni Ebru Gündeşin ötən axşam Antalyada verdiyi konsertdə səhhətində problem yaranıb və çıxışını yarımçıq qoymalı olub.

Demokrat.az Türkiyə mediasına istinadən xəbər verir ki, həddindən artıq istidən sənətçinin təzyiqinin yüksəldiyi və özünü pis hiss etdiyi bildirilir.

Konsertin bitməsinə 4 mahnı qalmış Ebru Gündeş dinləyicilərinə "Qısa fasilə istəyirəm" deyərək səhnədən çıxıb. Sənətçi daha sonra səhnə arxasında dincəlib.

Bu vəziyyətdən sonra Ebru Gündeşin izləyiciləri onun vəziyyətinə görə qorxduqlarını bildiriblər və sənətçiyə tezliklə sağalmasını arzulayıblar.

Qeyd edək ki, Ebru Gündeş 1999-cu ildə "Dön Ne Olur" albomunun promosyonu zamanı beyin qanaması keçirib və 2 ciddi əməliyyat keçirib.

Jalə
Demokrat.az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
58
17
demokrat.az

10Mənbələr