AZ

Çempionlar Liqası: “Qalatasaray” və “Fənərbağça”nın pley-off mərhələsindəki mümkün rəqibləri bilinib

Çempionlar

Bakı, 5 avqust, AZƏRTAC

UEFA Çempionlar Liqasında pley-off mərhələsinin püşkü atılıb.

AZƏRTAC xəbər verir ki, mərasimdə Azərbaycan təmsilçisi “Qarabağ”la yanaşı, Türkiyənin “Qalatasaray” və “Fənərbağça” klublarının da potensial rəqibləri bəlli olub.

Okan Burukun yetirmələri “Yanq Boys”la (İsveçrə) qarşılaşacaq. Joze Mourinyonun komandası isə III raundda “Lill”i (Fransa) mübarizədən kənarlaşdırsa, “Slaviya” (Çexiya) - “Yunion” (Belçika) cütünün qalibi ilə üz-üzə gələcək.

Qeyd edək ki, Çempionlar Liqasında pley-off mərhələsinin ilk oyunları avqustun 20-21-də, cavab qarşılaşmaları isə 27-28 avqustda keçiriləcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
42
50
azertag.az

10Mənbələr