AZ

“Qalatasaray” Çempionlar Liqasında “Yanq Boyz”a uduzdu

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında 2024/2025-ci illər mövsümünün pley-off mərhələsinin ilk oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, ikinci oyun günündə dörd qarşılaşma baş tutub.

Türkiyə çempionu “Qalatasaray” da qitənin ən nüfuzlu klub turnirində ilk matçına bu gün çıxıb. İstanbul təmsilçisi səfərdə İsveçrənin “Yanq Boyz” komandası ilə üz-üzə gəlib. Beş qolluq qarşılaşma “Qalatasaray”ın məğlubiyyəti ilə başa çatıb.

Kiyev “Dinamo”su evdə “Zalsburq”a, “Malmö” də “Sparta”a 2 cavabsız qolla uduzub. “Midtyulland” – “Slovan” matçında isə qalib müəyyənləşməyib.

UEFA Çempionlar Liqasında pley-off mərhələsinin cavab görüşləri avqustun 27-28-də keçiriləcək.

UEFA Çempionlar Liqası
Pley-off mərhələsinin ilk oyunları
20 avqust

“Dinamo” (Zaqreb, Xorvatiya) – “Qarabağ” (Azərbaycan) 3:0

“Lill” (Fransa) – “Slaviya” (Praqa, Çexiya) 2:0

“Bodo Qlimt” (Norveç) – “Srvena Zvezda” (Serbiya) 2:1

21 avqust

“Dinamo” (Kiyev, Ukrayna) – “Zalsburq” (Avstriya) 0:2

“Malmö” (İsveç) – “Sparta” (Praqa, Çexiya) 0:2

“Midtyulland” (Danimarka) – “Slovan” (Slovakiya) 1:1

“Yanq Boyz” (İsveçrə) – “Qalatasaray” (Türkiyə) 3:2

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
67
2
arena.az

10Mənbələr