AZ

İran İordaniya və Livanın sülh təklifini rədd edib

İran

ABŞ İranın ABŞ və ərəb ölkələrinin Yaxın Şərqdə gərginliyi azaltmaq çağırışlarını rədd etdiyini və müharibəyə səbəb olsa belə, İsraili vurmaqda qərarlı olduğunu açıqlayıb.

Reyting.az
“Wall Street Journal”a istinadla bildirir ki, Tehranda HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin öldürülməsindən sonra İordaniya və Livanın xarici işlər nazirləri gərginliyi azaltmaq üçün İrana səfər ediblər.

Tehrana gələn ərəb siyasətçilərinə bildiriblər ki, İran İsraili vurmaqda qərarlıdır və “İsrailə cavabın müharibəyə səbəb olacağını da nəzərə almırlar”.

Nəşr yazır ki, yeni hücum İran prezidenti Məsud Pezeşkianın Qərblə münasibətləri yaxşılaşdırmaq səylərinə də böyük zərbə vura bilər.

Amerikanın “NBC News” telekanalına danışan İsrail rəsmisi İsrailin yaxın günlərdə İran və “Hizbullah”dan bir neçə gün davam edə biləcək raket və pilotsuz təyyarə hücumu gözlədiyini açıqlayıb. İsrail isə özünə qarşı olan bütün hərəkətlərə cavab verəcəyini açıqlayıb. İsrailin baş naziri Benyamin Netanyahu bazar günü Nazirlər Kabinetinin iclasında deyib ki, İsrail dövləti İranın şər oxuna qarşı çoxcəbhəli müharibədədir.

E. KAMAL
Seçilən
126
50
reyting.az

10Mənbələr