Şamaxı Astrofizika Rəsədxanasının "Planetlər və kiçik səma cisimləri" şöbəsinin rəhbəri vəzifəsində çalışan Ədalət Ətayi bu gün uzun sürən xəstəlikdən sonra vəfat edib.Mediaxeberleri.Az xəbər verir ki, fizika-riyaziyyat elmləri doktoru Ədalət Ətayi 73 yaşında vəfat edib.Qeyd edək ki, alim 70-dən çox elmi məqalənin, çoxsaylı elmi-kütləvi məqalələrin, bir sıra kitabların müəllifidir. O, həmçinin məktəblər üçün "Astronomiya" dərsliyinin həmmüəlliflərindən biri olub.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta