AZ

Ordumuzun qazandığı Zəfər Qərbi Azərbaycana yol acdı

Sumqayıt, 7 noyabr, AZƏRTAC

Noyabrın 7-də Yeni Azərbaycan Partiyası (YAP ) Sumqayıt şəhər təşkilatının inzibati binasında Qərbi Azərbaycan İcmasının təşəbbüsü ilə Zəfər Gününə həsr olunmuş tədbir təşkil olunub. Tədbirdə Milli Məclisin deputatları Emin Hacıyev, Qərbi Azərbaycan İcmasının sədr müavini Hikmət Məmmədov, Qadınlar Şurasının sədri Məlahət İbrahimqızı, şəhərin ağsaqqalları, ziyalılar və ictimaiyyət nümayəndələri iştirak edib.

Çıxışçılar Zəfərə aparan yol, Ali Baş Komandanın rəhbərliyi ilə işğaldan azad edilən torpaqlarımıza Böyük Qayıdış və Qərbi Azərbaycana qayıdış mövzularında çıxış ediblər. Vurğulanıb ki, qəhrəman Ordumuzun qazandığı Zəfər Qərbi Azərbaycana yol acdı. Qeyd edilib ki, Qərbi Azərbaycana qayıdış bir hədəfdir, missiyadır, Azərbaycan xalqının amalıdır. Bu tarixi amalın reallaşdırılması üçün dövlət başçısı öz qətiyyətini və dəstəyini nümayiş etdirib.

Bildirilib ki, 1988-ci ildə Qərbi Azərbaycandan 300 mindən çox adam deportasiya olunub. Eyni zamanda 20-ci əsr ərzində Ermənistanın azərbaycanlılara qarşı basqıları davam edib. Qərbi azərbaycanlıların deportasiyası rəsmi olaraq 4 dəfə həyata keçirilib və bu ağlasığmaz özbaşınalığı beynəlxalq aləm sükutla qarşılayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
159
10
azertag.az

10Mənbələr